Dortmundda yeni müqavilə

14.10.2026 22:00 45
Dünya futbolu
Niko Kovaç hazırkı iş yerində daha uzun müddət işləyəcək.

"Football-plus.az" xəbər verir ki, o, Dortmund “Borussiya”sı ilə müqaviləsinin müddətini 2029-cu ilin yayına qədər artırıb. Xorvat mütəxəssis Almaniya klubuna 2025-ci ildə təyin olunub.

“Borussiya” ötən müddətdə bundesliqada keçirdiyi oyunlarda orta hesabla 2,15 xal toplayıb ki, bu da klub tarixində ən yüksək göstəricidi.

Dortmund klubu hazırda Almaniya çempionatında 5 oyuna 13 xalla “Frayburq”la birlikdə ilk iki yeri bölüşür.