Sabiq klubu Ronaldoya ödəniş etmək istəmir

14.10.2026 22:28 27
Dünya futbolu
Kriştiano Ronaldo ilə “Yuventus” arasındakı mübahisəli vəziyyət davam edir.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu ona 9,8 milyon avro ödənişlə bağlı qərardan yenidən şikayət edib. Turin klubu bu məsələyə görə İtaliyanın Ali Kassasiya Məhkəməsinə müraciət edib.

Mübahisə portuqaliyalı hücumçunun 2021-ci ildə “Yuventus”dan ayrılaraq “Mançester Yunayted”ə qayıtmasından sonra yaranıb. İş koronavirus pandemiyası dövründə futbolçuların maaş ödənişlərinin təxirə salınması ilə bağlıdı. 2024-cü ilin aprelində Arbitraj Məhkəməsi klubun Ronaldoya futbolçunun tələb etdiyi 19,5 milyon avronun təxminən yarısını ödəməsi barədə qərar çıxarıb. Bununla yanaşı, “Yuventus”un futbolçunu qəsdən aldatdığı müəyyən edilməyib.

Klubun qərardan əvvəlki şikayəti 2026-cı ilin yanvarında rədd edilib və ilkin qərar qüvvədə saxlanılıb. “Yuventus” yenidən məhkəməyə müraciət etdiyini 2025/26 mövsümü üzrə maliyyə hesabatında təsdiqləyib.

Ali Kassasiya Məhkəməsində ikinci şikayətə nə vaxt baxılacağı hələlik açıqlanmayıb.