Yunanıstanlı azarkeşlərə qadağa tətbiq olunub.
"Football-plus.az" xəbər verir ki, Fransa hakimiyyət orqanları “Olimpiakos”un azarkeşlərinin Avropa Liqasında “Marsel”lə keçiriləcək səfər oyununa getməsinə icazə verməyib. Pirey klubunun rəhbərliyi bu qərarın oyuna cəmi bir gün qalmış verilməsindən narazılığını bildirib. “Olimpiakos” buna görə UEFA-ya rəsmi etiraz göndərib. Klub həmçinin qadağa səbəbindən maddi itkilərlə üzləşən azarkeşlərə kompensasiya ödənilməsi imkanının araşdırılmasını tələb edib.
“Marsel” - “Olimpiakos” matçı oktyabrın 15-də keçiriləcək.
Yunanıstanlı azarkeşlərə qadağa tətbiq olundu
Dünya futbolu





