Bundan başqa yayılan şayiələrə inansaq, UEFA-nın məsləhəti ilə İstanbuldakı cavab oyununa ''Olimpiakos'' da öz fanatlarını aparmayacaq. UEFA təhlükəsizliyi nəzərə alaraq pireylilərə bu yöndə məsləhət verib. Qurumun qarşıdakı günlərdə bununla bağlı rəsmi bəyanat yayacağı gözlənilir. Bu arada ''Olimpiakos'' fanatları UEFA-nın qərarı ilə razılaşmır. Onlar ümumi açıqlama verərək İstanbula getmək istədiklərini bildiriblər. ''Olimpiakos''un ən məşhur azarkeş qrupu ''Gate 7''dən verilən açıqlamada bu sözlər qeyd olunub:
''Bizim türklərlə savaşımız yoxdu. ''Fənərbaxça'' fanatları ilə də aramızda heç bir ədavət, rəqabət yoxdu. Yunanıstan ilə Türkiyənin münasibətlərini Ukrayna ilə Rusiyanın münasibətlərinə bənzətmək olmaz. Bizim aramızda müharibə yoxdu. Əksinə son dönəmlərdə dostluq əlaqələri gücləndirilib. Bir müddət öncə ''Anadolu Efes''ə qarşı basketbol matçı üçün İstanbula getmişdik. İndi futbol matçı üçün buna qadağa qoymaq mənasızdı. ''Olimpiakos'' fanatları bu tarixi və önəmli oyunda mütləq orda olmalıdı''.
ƏLİ



