"Səfərdə daha yaxşı çıxış edəcəyimizi düşünürəm" - Abdullah Zubir

18.08.2022 00:05 528
Manşet / Çempionlar Liqası
Çempionlar Liqasının "Qarabağ" "Viktoriya" görüşündə hesab açılmayıb.

Oyundan sonra ağdamlıların futbolçusu Abdullah Zubir açıqlama verib. O, matç barədə fikirlərini bölüşüb:

"Çox yaxşı komandaya qarşı oynadıq. Fiziki olaraq çox çətin matç oldu. Çalışdıq ki, öz oyunumuzu göstərək. Amma bu, o qədər də asan olmadı. Səfərdə daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Plzenə böyük ümidlərlə gedirik. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. Pley-offdayıqsa, deməli, qrup mərhələsində çıxış etməyə layiqik. Rəqib də pley-offdadısa, deməli güclüdü. Qrupa vəsiqə qazanmaq üçün bacardığımızı edəcəyik".

İLKİN SULTANLI