“Slaviya”nın futbolçusu Lukaş Provod klubun mətbuat xidmətinə müsahibə verib.
“Football-plus.az”ın məlumatına görə, Tomaş Holeşin əvəzlənməsindən sonra kapitan sarğısını taxan yarımmüdafiəçi ÇL-nin liqa mərhələsinin 2-ci turunda “Sabah”a uduzduqları matç haqda danışıb.
– Bakıdan xalsız ayrılırıq. Bir qol belə vura bilmədik...
– Çətin vəziyyətdi. Çempionlar Liqasında daha bir məğlubiyyətlə üzləşdik. Bura qələbə üçün gəlmişdik, 0:2 hesabıyla uduzmaq üçün yox. Yaxşı oynamadıq. Ən böyük səhvimiz ikinci qolu buraxmağımız oldu. Həmin ərəfədə üstünlüyü ələ keçirmişdik. Bərabərlik qolunu vurmağa yaxın idik. Bu cür səhvlər bağışlanmır. Bu gün uğursuz olduq. Mən dəfələrlə bəxtini sınadım. Rəqib qapıçı üstümə gələndə çaş-baş qalmışdım.
– “Sabah”ın qapıçısının yanında qapıya zərbə endirmək imkansız görünürdü...
– Mən həmişə mümkün qədər dəqiq zərbə endirməyə çalışıram. Bu gün komandada hamı qol vurmaq istəyirdi. Amma bacarmadıq.
– Səncə, rəqibin əslində “Slaviya”dan zəif olması məğlubiyyətə təsir etdi?
– Elə dünüşmürəm. Bura heç bir komanda təsadüfən gəlmir. Əlbəttə, daha böyük komandalarla müqayisədə burda özümüzü daha şanslı hiss edirdik. Ancaq bu şansı əldən verdik.
KƏNAN BAHADIR
“Rəqib qapıçı üstümə gələndə çaş-baş qalmışdım” – Pokatilov “Slaviya”nın futbolçusunu çəkindirib
Avrokuboklar





