“Slaviya”nın kapitanı BOS-u bəyənməyib... - “Paltardəyişmə otağından meydançaya çatmaq çox vaxt alır”

14.10.2026 11:54 108
Avrokuboklar
Dünən 3247 gün sonra yenidən BOS-da futbol matçına şahidlik etdik. Özü də söhbət adi oyundan yox, “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda Praqa “Slaviya”sını qəbul etdiyi nəhəng qarşılaşmadan gedir. “Bayquşlar” bu matçda tarix yazdı. Avropanın ən mötəbər klub turnirində ilk qollarını vuran kollektiv həm də ilk qələbəsini qazandı. Bununla ancaq qürur duya bilərik.

“Football-plus.az” xəbər verir ki, “Slaviya”nın kapitanı Tomaş Holeş klubunun mətbuat xidmətinə açıqlamasında fərqli mözvuya da toxunub. Maraqlıdı ki, futbolçu BOS haqda bunları deyib:

“Çöldən möhtəşəm, içəridən adi stadion... Bu stadion çox genişdi. Meydançaya çatmaq çox vaxt alır. Paltardəyişmə otağından ora qədər olan məsafə həddindən artıq uzundu. Azarkeşlər meydançadan çox uzaqdadı. Üstəlik, stadionun oturacaqları rahat deyil”.

Xatırladaq ki, “Sabah” – “Slaviya” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

KƏNAN BAHADIR