"Sabah" - "Slaviya" oyununa neçə bilet satılıb?

13.10.2026 12:33 54
Avrokuboklar
“Sabah” bu gün Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda Praqa "Slaviya"sını qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, matça böyük azarkeş marağı var. Hazırda paket biletlərlə birlikdə oyuna 53 min bilet satılıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Slaviya” matçı saat 20.45-də başlanacaq.