“Football-plus.az” xəbər verir ki, çexiyalı həmkarlarımız “bayquşlar”ın güclü cəhətləri haqda yazı hazırlayıb və praqalıları Bakıda diqqətli olmağa çağırıb:
“Həm “Slaviya”, həm də “Sabah” liqa mərhələsinin ilk oyununda məğlub olub. Bu səbəbdən komandalar yalnız qələbə haqda düşünəcək. Baş məşqçi Yindrjix Trpişovskinin rəqib haqda çox ehtiyatla danışmasını anlayışla qarşılamalıyıq. Çünki Azərbaycan komandası fəal kombinasiyaya, sürətli cinah oyunçularına və dəqiq hücumçulara malikdi. “Slaviya” təkcə öz hücum çalışmaları üçün yox, həm də rəqibin əks-hücumlarına qarşı hazırlıqlı olmalıdı. Bununla yanaşı, “Sabah”ı nağıl kimi axşam gözləyir. 2017-ci ildə yaradılan komanda Azərbaycanın ən güclüləri sırasına sürətlə yüksəlib və hazırda ən mötəbər beynəlxalq klub turnirində təcrübə toplayır. “Mançester Yunayted”ə məğlubiyyət komandanın keyfiyyətinin göstəricisi deyil. “Sabah” kombinasiyalı oyuna üstünlük verir və ciddi təzyiq altında olduğu anlarda belə rəqib qapısına çatmağın yollarını axtarır. Ən böyük təhlükə bu komandanın sürətli və texnikalı oyunçularının yer aldığı cinahlardadı. “Slaviya” rəqibə vaxtında hücum etməli və meydan sahiblərinin ardıcıl hücumlar qurmasına icazə verməməlidi. Əks halda, bunun acısını yaşayacaq”.
KƏNAN BAHADIR






