La Liqada zəruri istefa

14.10.2026 12:15 81
Dünya futbolu
İspaniya La Liqasında baş məşqçi istefası zərurətə çevrilib.

"Football-plus.az" xəbər verir ki, “Osasuna”nı çalışdıran Luis Migel Ramis vəzifəsindən azad edilib. Səbəb komandanın mövsümün əvvəlində zəif nəticələr göstərməsi ilə bağlıdı. Pamplonalılar ölkə çempionatında keçirdikləri 8 oyunda 8 xal qazanmaqla 16-cı yeri tuturlar.

Artıq komandanın yeni baş məşqçisi müəyyənləşib. “Osasuna”nı bundan sonra Yaqoba Arrasate çalışdıracaq. 48 yaşlı mütəxəssislə müddəti 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Arrasatenin sonuncu iş yeri “Malyorka” olub.