“Formula-1” Afrikaya qayıdır

14.10.2026 14:18 36
İdman
“Formula-1” üzrə dünya çempionatının təşkilatçıları yenidən Afrikada yarış keçirməyi planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri “RacingNews365” portalı yayıb. Xəbərdə o da qeyd olunur ki, təşkilatçılıq hüququ Ruandaya veriləcək. Ruanda mərhələsi 2030-cu ildə təqvimə salınacaq. Bununla bağlı artıq razılıq əldə olunub, xəbər yaxın günlərdə açıqlanacaq.

Paytaxt Kiqalinin 40 kilometrliyində, Buqesera beynəlxalq hava limanının yaxınlığında yarış trassı tikiləcək. Afrika sonuncu dəfə 1993-cü ildə dünya çempionatına evsahibliyi edib. Onda yarış Kyalami (Cənubi Afrika) trassında keçirilmişdi.