Cokoviç 102-ci titulunu qazandı!

13.10.2026 20:32 54
İdman
Serbiyalı tennisçi Novak Cokoviç Pekində keçirilən, mükafat fondu 4,1 milyon dollar olan “China Open” turnirində qələbə qazanıb. O, finalda avstraliyalı Aleks de Minaurla qarşılaşb.

"Football-plus.az" xəbər verir ki ,Cokoviç ilk setdə 7:6 (7:3) hesabıyla qələbə qazanıb. Ancaq 2-ci set başlayandan az sonra avstraliyalı tennisçi tibbi taym-aut götürüb, ardından sol çiyni ilə bağlı problem üzündən mübarizəni davam etdirə bilməyəcini deyib.

39 yaşlı serb ulduz ATP səviyyəli turnirlərdə 102-ci dəfə qalib gəlib. O, bu il Cenevrə turnirində də qələbə qazanmışdı.