“Football-plus.az” xəbər verir ki, bu barədə “efotbal.cz” saytı məlumat yayıb.
Nəşr Yindrjix Trpişovskinin köməkçisinin zədəli futbolçuların çoxluğu üzündən narahat olduğunu bildirib. Belə ki, Houstecki bunları deyib:
“Komandanın ümumi sağlıq durumu ilə bağlı ciddi problemlər var. Futbolçuların əksəriyyəti optimal vəziyyətindən uzaqdı. Fizioterapevtlərə tapşırıq verilib ki, bu məsələ ilə ciddi məşğul olsunlar. Onlar mümkün qədər çox futbolçunu hazır vəziyyətə gətirməlidilər ki, Bakıda qələbə qazanmaq şansımız artsın. İndiki duruma görə son çempionat matçında istifadə etmədiyimiz oyunçulara şans vermək haqda düşünürük”.
Xatırladaq ki, sözügedən oyun saat 20.45-də Bakı Olimpiya Stadionunda başlayacaq.
KƏNAN BAHADIR






