Millimiz Rumıniya ilə heç-heçə etdi - DÇ

13.10.2026 16:08 54
Ölkə futbolu
Bu gün minifutbol üzrə U-23 millimiz dünya çempionatında ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komanda Rumıniya ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə yekunlaşıb.

Yığmamızın qollarını Xəzər Ağalızadə (3), Nihad Ağayev (35) və Fərid Abbasov (39) vurublar.

Dünya çempionatı oktyabrın 16-na qədər Xorvatiyada keçiriləcək.