2026-cı ildə Xorvatiyanın Mali Losinc şəhərində keçiriləcək U-23 yığmalarının minifutbol üzrə dünya çempionatında Azərbaycan da iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, millimizin heyəti açıqlanıb.
Qapıçılar: 1. Elcan Sariyev, 93. Cavid Rəhimov
Oyunçular: 6. Mirzə Əmirov, 7. Xəzər Ağalızadə, 8. Murad Fərzəliyev, 9. Kərim İbrahimov, 10. Kənan Məsimov, 11. Bəyoğlan Vəlizadə, 13. Ümid Qəhrəmanov, 15. Ayxan Mustafazadə, 19. Mirmövsüm Caniyeb, 20. Fərid Abbasov, 21. Emil Binyatzadə, 27. Nihad Ağayev, 80. İbrahim Ağayarov
Baş məşqçi: İlkin Hacıyev
Xorvatiyadakı minifutbol üzrə qadın və kişi futbolçuların dünya çempionatı 13-16 oktyabrda keçiriləcək.
Millimizin dünya çempionatı üçün heyəti
Ölkə futbolu






