UEFA insidentlərlə bağlı təhqiqata başladı

13.10.2026 13:15 54
Dünya futbolu
UEFA Millətlər Liqasının İrlandiya - İsrail matçında (1:1) baş verən insidentlərlə bağlı təhqiqata başlayıb. Bu barədə BBC məlumat yayıb.

"Football-plus.az" xatırladır ki, B liqasının 3-cü qrupunun Serbiyanın Baçka-Topola şəhərində oktyabrın 4-də keçirilən oyunundan əvvəl və sonra rəqib futbolçuların bir-biri ilə əl sıxmayacaqları əvvəlcədən məlum idi. Matçın fasiləsində isə komandaların üzvləri arasında mübahisə yaranıb. İrlandiya yığmasının fiziki hazırlıq üzrə məşqçisi Damien Doyl qarşıdurma zamanı israilli futbolçularından birinin onun üzünə tüpürdüyünü bildirib. Hadisənin ispaniyalı hakim Xuan Martines tərəfindən matçın rəsmi protokoluna daxil edilib-edilməməsi barədə məlumat açıqlanmayıb.

UEFA məsələni araşdırmağı etika və intizam məsələləri üzrə inspektora həvalə edib.