UEFA “Seltik”ə qarşı intizam işi açıb.
“Football-plus.az” xəbər verir ki, buna Şotlandiya klubunun azarkeşlərinin tribunada Fələstin bayrağını nümayiş etdirməsi səbəb olub. “Seltik” rəhbərliyi bu insidentə görə özünü “Yaşıl Briqada” adlandıran böyük azarkeş qrupunun matçlara gəlməsini qadağan edib. Qeyd edək ki, həmin fanatlar 2012-ci ildən Fələstinə dəstək üçün aksiyalar təşkil edirlər.
UEFA idman tədbirinin ruhuna uyğun gəlməyən, xüsusilə də siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat xarakterli jestlər, sözlər, əşyalarla bağlı hər hansı digər vasitələrdən istifadəyə görə “Seltik” futbol klubuna qarşı təhqiqata başlayıb. Təşkilatın Nəzarət, Etika və İntizam Komitəsi bununla bağlı müvafiq qərar verəcək.