David Silva hamını təəccübləndirən qərar verib: o, 40 yaşında peşəkar karyerasını bərpa edib.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Honkonq çempionatında çıxış edən “Şatin” klubu ilə qısamüddətli müqavilə imzalayıb. Silva əvvəlcə komandanın bir oyununda iştirak edəcək. Bundan sonra onun klubda çıxışını davam etdirib-etdirməyəcəyi ilə bağlı qərar veriləcək. Məşhur futbolçu tibbi müayinədən keçəndən sonra oktyabrın ortalarında Honkonqa yollanacaq. Klubun mətbuat xidmətinin məlumatına görə, Silva optimal fiziki formaya düşmək üçün komandanın məşqlərinə qoşulacaq.
Xatırladaq David 2023-cü ildə dizinin çarpaz bağlarının qırılmasından sonra futbolçu karyerasını başa vurduğunu açıqlamışdı. O, İspaniya yığması ilə dünya çempionu və ikiqat Avropa çempionu olub. “Mançester Siti” ilə 4 dəfə İngiltərə çempionluğu, 5 dəfə Liqa kuboku, 2 dəfə İngiltərə kuboku və 3 dəfə İngiltərə superkuboku qazanıb. Həmçinin “Valensiya” və “Real Sosyedad”ın heyətində bir dəfə İspaniya kubokunu başı üzərinə qaldırıb.
40 yaşında gözlənilməz qərar verdi
Dünya futbolu






