U-21-lər arasında Avropa çempionatının seçmə oyununda millimiz Bakıda Cəbəllütariqi məğlub etdi - 3:0.
"Football-plus.az" xəbər verir ki, matçdan sonra komandalar paltardəyişmə otağına yollanarkən Nəriman Axundzadənin gülərək “rəhbərlik hanı? Verin də bizə 100-dən, 200-dən” deməsi diqqətimizi çəkdi.
Doğrudanmı, Türkiyə superliqasında çıxış edən bir futbolçu Cəbəllütariq üzərində qələbədən sonra yerindəcə mükafat istəyirdi? Stadiona cəmi 60 azarkeş gəldiyindən hər şeyi eşitmək mümkün idi.
İSRAYIL XEYRULLAYEV
Nəriman U-21-in qələbəsindən sonra rəhbərlikdən pul istəyib?
Ölkə futbolu / Manşet






