De Byazi jurnalistlərlə görüşəcək

18.11.2023 13:51 190
Yığma
AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 19-da, Brüssel şəhərindəki “King Baudouin Stadium”da keçiriləcək Belçika – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə Belçikanın baş məşqçisi Domeniko Tedesko media nümayəndələri ilə görüşəcək. Tədbir saat 15.00-da keçiriləcək.

Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazinin mətbuat konfransı isə Bakı vaxtı ilə 20.30-da olacaq.

Belçika - Azərbaycan matçı sabah saat 21.00-da start götürəcək.