Məşqçi olmaq istəyini rəsmən bildirdi

10.10.2026 13:24 27
Dünya futbolu
Toni Kroos bundan sonra da futbol sahəsində çalışmağı planlaşdırır.

"Football-plus.az" xəbər verir ki, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi peşəkar məşqçilik fəaliyyətinə başlamaq qərarına gəlib. 36 yaşlı almaniyalı artıq gələn mövsüm sabiq futbolçular üçün nəzərdə tutulan xüsusi məşqçilik kursuna qoşulmaq niyyətini İspaniya Kral Futbol Federasiyasına rəsmi şəkildə bildirib. Kroos kursu uğurla başa vuracağı halda “A” kateqoriyalı məşqçi lisenziyasına sahib olacaq. Sabiq yarımmüdafiəçinin yüksək səviyyədə çıxış edən böyüklərdən ibarət komandaya baş məşqçi kimi rəhbərlik etmək variantını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.

Kroos peşəkar futbolçu karyerasını 2024-cü ilin yayında başa vurub.