Karyerasını bu yay başa vuran Toni Kroos gələcəkdə hansı işlə məşğul ola biləcəyi haqda sualı cavablayıb.
“Real”ın və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi heç vaxt məşqçi olmayacağını deyib:
“Ançelotti mənim fikrimi öyrənmək istəsə, həmişə buna hazıram. Amma o, bilir karyeramı nəyə görə başa vurmuşam. Mən məşqçi olmayacağam”.
Maraq üçün qeyd edək ki, Toni bir neçə gün əvvəl “Real”ın dəstəyi ilə keçirilən UEFA-nın məşqçilik kurslarına yazılıb.