İngiltərə klubunun sahibi dəyişəcək

10.10.2026 11:54 27
Dünya futbolu
“Everton” tezliklə satışa çıxarılacaq.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik klubun satışını nəzərdən keçirir.

İngiltərə təmsilçisinin rəsmi saytının məlumatına görə, “Everton”un sahibi olan “The Friedkin Group” (TFG) kluba yeni sərmayələrin cəlb edilməsi ilə bağlı variantları dəyərləndirir. Bunlara səhmlər paketinə nəzarət hüququnun mümkün satışı da daxildi. Şirkətin açıqlamasında qeyd olunub ki, “Everton”un idarəçiliyini üzərinə götürərkən klub ciddi maliyyə problemləri ilə üzləşib. TFG-nin əsas məqsədi maliyyə sabitliyini təmin etmək, sərmayələri artırmaq və komandanın yeni stadionunun tikintisinin başa çatdırılmasına dəstək vermək olub.

TFG yalnız “Everton”un gələcəyini təmin edə və inkişafını davam etdirə biləcək potensial alıcıların təkliflərini dəyərləndirəcək. Satış prosesi ilə bağlı TFG-yə “Moelis & Company” məsləhət şirkəti dəstək verir.