Nəhayət, çoxdan gözlənilən hadisə baş verib: “Everton”un sahibi dəyişib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu artıq ABŞ şirkətinə məxsusdu. “Everton”un sahibi Fərhad Moşiri klubun səhmlərinin 94 faizini “777 Partners” sərmayə şirkətinə satıb.
Qeyd edək ki, “777 Partners” “Sevilya” (İspaniya), “Herta” (Almaniya) və “Standard” (Belçika) klublarının da səhmdarları sırasındadı. “Everton”u 2016-cı ildə alan Moşiri klubu ilin sonunadək yeni səhmdara təhvil verməlidi.
Yeri gəlmişkən, Liverpulu təmsil edən komanda yeni mövsümə zəif başlayıb. Şon Dayçın çalışdırdğı komanda ilk 4 turda yalnız 1 xal qazanmaqla hazırda 20 iştirakçı arasında 18-ci yeri tutur.