İspaniyalı futbolçu niyə saxlanılıb?

10.10.2026 14:43 36
Dünya futbolu
Xosan Fernandesin şəxsi həyatı ilə bağlı problemi var.

"Football-plus.az" xəbər verir ki, “Elçe”nin kapitanı həyat yoldaşının şikayəti əsasında saxlanılıb. “Marca”nın məlumatına görə, 36 yaşlı futbolçu məişət zorakılığında şübhəli bilinir.

Fernandes Kalosa de Sequra şəhərində Mülki Qvardiyanın bölməsində bir gecə saxlanıldıqdan sonra Oriuela şəhərində qadınlara qarşı zorakılıq işlərinə baxan məhkəməyə çıxarılıb və ifadə verib. Futbolçunun iki övladının anası olan həyat yoldaşı ilə boşanma prosesində olduğu qeyd edilir.

Şikayətdə qadının təhqiramiz hesab etdiyi “WhatsApp” yazışmaları, həmçinin bədənindəki göyərmələrin fotoları yer alıb. O, həmin xəsarətlərin futbolçunun zorakılığı nəticəsində yarandığını iddia edib. Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.