“Formula-1” üzrə dünya çempionatında həftəsonu keçirilən İspaniya mərhələsi də Kimi Antonellinin qələbəsi ilə başa çatdı. “Mersedes”in italiyalı pilotu “Red Bull”un niderlandlı pilotu Maks Ferstappeni qabaqladı. Kimi bu mövsüm 8-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 3-cü yeri isə “Maklaren”dən Lando Norris tutdu.
"Football-plus.az" xəbər verir ki, Antonelli 292 xalla turnir cədvəlinə başçılıq edir. O, ən yaxın izləyicisini – komanda yoldaşı Corc Rasselli (211) 81 xal qabaqlayır. 3-cü yerdə “Ferrari”nin pilotu Lüis Hemilton (191) qərarlaşıb. Yeri gəlmişkən, Hemilton İspaniya mərhələsində texniki problem üzündən 7-ci dövrədə yarışdan çəkildi.
Mühəndislər kubokunda komandalar bu ardıcıllıqla sıralanıb: “Mersedes” (503), “Ferrari” (358), “Maklaren” (306). Xatırladaq ki, dünya çempionatının növbəti mərhələsi sentyabrın 24-26-sı aralığında Bakıda keçiriləcək.
Təsnifat mərhələsi
1. Lando Norris (B.Britaniya) 1.31,824
2. Kimi Antonelli (İtaliya) 1.31,835
3. Maks Ferstappen (Niderland) 1.31,964
4. Lüis Hemilton (B.Britaniya) 1.32,013
5. Şarl Lekler (Monako) 1.32,019
6. Corc Rassell (B.Britaniya) 1.32,049
7. Oskar Piastri (Avstraliya) 1.32,294
8. Liam Louson (Yeni Zelandiya) 1.32,316
9. Franko Kolapinto (Argentina) 1.32,903
10. Arvid Lindblad (B.Britaniya) 1.33,041
11. Niko Hülkenberq (Almaniya) 1.33,223
12. Qabriel Bortoleto (Braziliya) 1.33,388
13. Esteban Okon (Fransa) 1.33,667
14. Pyer Qasli (Fransa) 1.33,753
15. Yuki Sunoda (Yaponiya) 1.34,084
16. Aleksandr Albon (Tayland) 1.35,532
17. Karlos Sayns (İspaniya) 1.35,312
18. Fernando Alonso (İspaniya) 1.35,388
19. Serxio Peres (Meksika) 1.35,913
20. Valtteri Bottas (Finlandiya) 1.38,011
21. Oliver Berman (B.Britaniya) -
22. Lens Stroll (Kanada) -
Həlledici mərhələ
308,524 km (5416 metrlik 57 dövrə)
1. Kimi Antonelli (Mersedes) 1:34.23,754
2. Maks Ferstappen (Red Bull) +4,351
3. Lando Norris (Maklaren) +5,089
4. Şarl Lekler (Ferrari) +29,116
5. Corc Rassell (Mersedes) +29,829
6. Liam Louson (Red Bull) +1,26,746
7. Franko Kopapinto (Alpin) +1,34,281
8. Oskar Piastri (Maklaren) +1,35,839
9. Arvid Lindblad (Reysinq Bulls) 1 dövrə
10. Niko Hülkenberq (Audi) 1 dövrə
11. Esteban Okon (Haas) 1 dövrə
12. Pyer Qasli (Alpin) 1 dövrə
13. Qabriel Bortoleto (Audi) 1 dövrə
14. Yuki Sunoda (Reysinq Bulls) 1 dövrə
15. Aleksandr Albon (Uilyams) 1 dövrə
16. Oliver Berman (Haas) 1 dövrə
17. Fernando Alonso (Aston Martin) 2 dövrə
18. Va1tteri Bottas (Kadillak) 3 dövrə
Lüis Hemilton (Ferrari), Lens Stroll (Aston Martin), Serxio Peres (Kadillak) və Karlos Sayns (Uilyams) müxtəlif səbəblərdən yarışdan çəkilib.
Şəxsi birincilik
1. Kimi Antonelli 292
2. Corc Rassell 211
3. Lüis Hemilton 191
4. Lando Norris 186
5. Şarl Lekler 167
6. Maks Ferstappen 145
7. Oskar Piastri 120
8. Ayzek Hacar 71
9. Liam Louson 59
10. Pyer Qasli 41
11. Arvid Lindblad 31
12. Franko Kolapinto 27
13. Oliver Berman 18
14. Qabriel Bortoleto 10
15. Niko Hülkenberq 6
16. Karlos Sayns 6
17. Aleksandr Albon 5
18. Esteban Okon 3
19. Fernando Alonso 3
20. Yuki Sunoda 1
Mühəndislər kuboku
1. Mersedes 503
2. Ferrari 358
3. Maklaren 306
4. Red Bull 230
5. Reysinq Bulls 77
6. Alpin 68
7. Haas 21
8. Audi 17
9. Uilyams 11
10. Aston Martin 3
Azərbaycan mərhələsi ərəfəsində Antonelli sevindi
İdman






