Görəsən, bu yöndə hansı yeniliklər var? Matçın “Mehdi Hüseynzadə”də keçirilməsi mümkün olacaqmı? UEFA nümayəndələrinin Sumqayıta növbəti səfəri gözlənilirmi?
Sualları “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə ünvanladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Stadionla bağlı işlər qaydasındadı. Çalışmalar davam edir. Plana uyğun şəkildə irəliləyirik. Proses təxminən iyulun 10-na qədər tamamlanmalıdı. Ümumiyyətlə, indiyə qədər bütün məlumatlar UEFA-ya ötürülüb. İş başa çatandan sonra da yekun nəticə haqda bilgi verəcəyik. Sonrakı məsələ artıq qurumun özüylə bağlıdı. İstəsələr, dərhal sonra yoxlayarlar. Və ya oyuna gələcək nümayəndə 1-2 gün əvvəldən gəlib təftiş edər. Əsas odu ki, bizim stadionla bağlı hansısa problemimiz olmayacaq. İnşallah, çalışmaları vaxtında bitirəcəyik”.
Qeyd edək ki, “Sumqayıt” “Fehervar”ı iyulun 25-də sınağa çəkəcək.
KƏNAN BAHADIR






