“Sabah”ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionu rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Artıq UEFA rəsmi saytında liqa mərhələsindəki 4 oyunun bu arenada olacağını təsdiqləyib.
“Sabah”ın ev oyunlarının təqvimi
2-ci tur, 13 oktyabr
20.45. "Sabah" - "Slaviya" (Çexiya)
3-cü tur, 20 oktyabr
20.45. "Sabah" - "Borussiya" (Dortmund, Almaniya)
5-ci tur, 25 noyabr
21.45. "Sabah" - "Barselona" (İspaniya)
7-ci tur, 20 yanvar
21.45. "Sabah" - "Napoli" (İtaliya)
"Sabah"ın ÇL-də ev oyunlarını BOS-da keçirəcək
Avrokuboklar





