“Football-plus.az” xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının da turnirdəki rəqibi müəyyənləşib. Ağdamlılar mübarizəyə 2-ci mərhələdən başlayacaq və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə qarşılaşacaq.
Bəs “Qarabağ” qarşıdakı oyunlara necə hazırlaşır? Komandada futbolçuların fiziki və psixoloji durumu necədi? Heyətdə itkilər varmı? Yeni futbolçular cəlb olunubmu? Bu suallara cavab tapmaq üçün “Qarabağ” Futbol Akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevlə əlaqə saxladıq:
“Hazırlıq üçün fasilənin son həftəsində Gürcüstana yollandıq. Tbilisi “Dinamo”su ilə iki dəfə qarşılaşdıq. İlk matçda 0:2 hesabı ilə məğlub olduq, növbəti görüşdə isə 2:1 hesablı qələbə qazandıq. Artıq ölkə çempionatında ilk matçımıza çıxmışıq. “Sabah”ı 3:1 hesabı ilə məğlub etmişik. Bu gün isə növbəti oyuna çıxacağıq. Düşünürəm ki, hazırlıq prosesi futbolçularımız üçün kifayət edib. Ötən il Çempionlar Liqasında 2-3 yaş aşağı futbolçulardan ibarət gənc heyətlə çıxış etmişdik. Heyət dəyişməyib. Artıq futbolçularımız daha təcrübəlidilər.
Rəqibimiz də Zaqreb “Dinamo”sudu. Heyətə nigeriyalı Daniel Ariel cəlb etmişik. Onun adını iştirak ərizəsinə daxil etmişik.
Futbolçularımız artıq müasir futbolu hiss ediblər. Ona görə də düşünürəm ki, artıq hazırdılar. Hələ qarşıda vaxt var. İlk matç oktyabrın 28-də, cavab görüşü bir həftə sonra olacaq. Bu müddətdə səhvlərimizi təhlil edəcəyik, əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” ilk oyunu doğma meydanda keçirəcək.
İSRAYIL XEYRULLAYEV