UEFA Gənclər Liqasında 2026/27 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının rəqibi müəyyənləşib.
Təmsilçimiz turnirə ikinci mərhələdən start veriləcək. “Qarabağ” bu raundda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq.
Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.
"Qarabağ" Zaqreb "Dinamo"su ilə qarşılaşacaq - püşk atıldı
Avrokuboklar






