Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq.
"Footbal-plus.az" xəbər verir ki, Bakı vaxtı ilə saat 15.00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək.
Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin ilk mərhələdə üz-üzə gələcəyi komanda, həmçinin növbəti raunddakı mümkün rəqibi də bəlli olacaq.
Püşk öncəsi komandalar 4 qrupa bölünüb. 3-cü “səkkizlik”də yer alan “Qəbələ”nin U-19 komandasının 7 mümkün rəqibi bunlardı:
“Rux” (Ukrayna)
MTK (Macarıstan)
“Zaqlebiye” (Polşa)
“Hayduk” (Xorvatiya)
“Trençín” (Slovakiya)
“Jalgiris” (Litva)
“Yelqava” (Latviya).
Qeyd edək ki, birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də keçiriləcək. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də oynanılacaq.
"Qəbələ"nin Gənclər Liqasında rəqibləri müəyyənləşir
Ölkə futbolu


