“Sabah”ın Gənclər Liqasındakı rəqibi məlum oldu

1.09.2025 22:07 23
Ölkə futbolu
İsveçrənin Nyon şəhərində Gənclər Liqasının Çempionlar Yolunun püşkatma mərasimi keçirilib. Püşkatmada yarışın üç mərhələsinin cütlükləri müəyyən edilib.

"Football-plus.az" xəbər verir ki, Gənclər Liqasında ölkəmizi təmsil edən iki klubdan biri olan “Sabah”ın U-19 komandası Çempionlar Yoluna ikinci raunddan qoşulacaq.

Bu mərhələdə “Sabah”ın rəqibi Fransanın “Nant” klubunun gəncləri olacaq. İkinci raundun ilk oyunları oktyabrın 22-də, cavab görüşləri noyabrın 5-də baş tutacaq. “Sabah” ilk oyununu səfərdə keçirəcək.

İlk raundun isə ilk oyunları sentyabrın 17-də, cavab görüşləri oktyabrın 1-də baş tutacaq.