"Qarabağ"ın rəqibindən ardıcıl üçüncü qələbə

17.08.2024 10:00 319
Dünya futbolu
Xorvatiya çempionatında üçüncü tura start verilib.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Zaqreb “Dinamo”su öz meydanında “Sibenik”i qəbul edib. Rəqib qapısından 3 cavabsız qol keçirən “Dinamo” mövsümündə ardıcıl 3-cü qələbəsini qazanıb.

Qeyd edək ki, Zaqreb təmsilçisi növbəti oyununu avqustun 20-də öz meydanında “Qarabağ”a qarşı keçirəcək. “Maksimir” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə 23.00-da start götürəcək.