MHL-də 33-cü komanda nə vaxt olacaq?

1.09.2026 12:27 4
İdman
MHL komissarının müavini Bill Deyli liqanın 33 komandaya qədər mümkün genişlənmə ilə bağlı layihə üzərində işi davam etdirdiyini deyib.

"Football-plus.az" xəbər verir ki, yeni komanda Hyustonda və ya Ostində məskən salacaq, 2029/30 mövsümündən müntəzəm çempionatda çıxış edəcək.

MHL-in mətbuat xidməti Deylinin bu sözlərini yayıb:

“Prosesin necə irəliləməsi ilə bağlı yenilənmiş informasiya almaq üçün gələn ay “Friedkin Group”la təmasları bərpa edəcəyik”.

Xatırladaq ki, MHL komissarı Qeri Bettmen iyunda Fridkin ailəsi ilə birgə 6 aylıq prosesin işə düşdüyünü elan etmişdi. Ailə tərəfindən layihəyə “The Friedkin Group”un baş direktoru Den Fridkin rəhbərlik edir. O, Texas komandasının potensial sahibi kimi nəzərdən keçirilir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul