Rusiyalı gəldi, ukraynalı getdi

1.09.2026 11:31 1
İdman
ABŞ-nin LSU universitetinin qadın basketbol komandasında diqqətçəkən hadisə yaşanıb.

"Football-plus.az" xəbər verir ki, ukraynalı basketbolçu Keyt Koval komandanı tərk etmək qərarına gəlib. Bu qərar LSU-nun rusiyalı basketbolçu Anna Minayevanı heyətinə qatmasından iki həftə sonra verilib. Baş məşqçi Kim Malki Kovalın “şəxsi səbəblərə görə” ayrıldığını bildirib və qərarın onun üçün ağır olduğunu vurğulayıb.

Kiyevdə anadan olan Koval ötən mövsüm LSU-nun heyətində orta hesabla 8,3 xal və 6,3 ribaund toplayıb.

Malki daha əvvəl Minayevanın transferinə başlamazdan öncə Koval ilə danışdığını açıqlayıb. Mütəxəssis ukraynalı oyunçuya Rusiyaya münasibətini dəyişməyi istəmədiyini, lakin iki ölkə arasındakı müharibənin LSU üçün faydalı saydığı basketbolçunu transfer etməsinə mane olmayacağını bildirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul