Ukraynanın gənclərdən ibarət basketbol yığmasının üzvü Vladimir Yermakov Almaniyanın Düssüldorf şəhərində faciəvi şəkildə dünyasını dəyişib.
17 yaşlı idmançı və onun dostu Artyom Kozaçenko küçədə bıçaqlanıb. Kozaçenko hazırda reanimasiyadadı.
İlkin ehtimala görə, onlara ərəb ölkələrindən olan şəxslər hücum edib. Qeyd edək ki, hər iki oyunçu Almaniyada "ART Giants" klubunun gənclər komandasının şərəfini qoruyub.