Cəlalın komandası 1/4 finalda - Bolqarıstan kuboku

13.12.2025 16:10 31
Dünya futbolu
Bolqarıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını geydiyi "Arda" bu mərhələdə səfərdə "Çerno More"nin qonağı olub.

Meydana start heyətində çıxan Cəlal görüşü əvəzolunmadan keçirib.

Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Arda" Bolqarıstan kubokunda 1/4 finala yüksəlib.