''Yuventus''un üzvü ''Beşiktaş'' üçün İstanbula gəlir
Dünya futbolu
Türkiyə çempionatının 2-ci turunda ''Alanyaspor''a uduzduqdan sonra seriyaları qırılan ''Beşiktaş'' diqqətini yenidən transferlərə yönəldib. ''A Spor'' kanalının yaydığı məlumata görə İstanbul nəhəngi neçə müddətdi, danışıqlar apardığı ''Yuventus''lu Fabio Mirreti ilə anlaşmağa müvəffəq olub. Dünən gecə saatlarında digər transfer Ernest Poku İstanbula gəlmişdisə, 26 avqustda gün ərzində Mirettinin İstanbula gələcəyi gözlənilir. ''Qartal'' bu futbolçunun birillik icarəsi ilə bağlı Turin nəhəngi ilə anlaşıb. ''Ağ-qaralar'' Mirettini gələn yay daimi əsasda transfer edə bilmək hüququnu da ələ keçirib. Fabritsio Romanoya inansaq, ''Beşiktaş'' bu hüquqdan yararlanmaq istəsə, ''Yuve''yə 10 milyon avro ödəyəcək. ''Yuve''nin öz yetirməsi olan və 2024/25-i icarə əsasında ''Cenoa''da keçirən 23 yaşlı dayaq yarımmüdafiəçisi ötən mövsüm iştirak etdiyi 31 oyunda aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazıb. İtaliya yığmasında isə 1 oyun keçirib.





