''Beşiktaş'' ''Yuve''nin daha bir üzvünü transfer edə bilər

19.08.2026 12:33 2
Dünya futbolu
''Beşiktaş'' Duşan Vlahoviçin ardından transfer çalışmalarını davam etdirir.

Maraqlıdı ki, ''ağ-qaralar'' ''Yuventus''un daha bir üzvünü transfer etmək istəyirlər. Yarımmüdafiəni gücləndirmək istəyən İstanbul nəhənginin maraq dairəsində olan əsas isimlərdən biri Fabio Mirettidi. ''Yuve'' bu futbolçunu satışa çıxarıb. 2003-cü il təvəllüdlü futbolçunun yaşı legioner limiti üçün də uyğundu.

Mirettinin meneceri Covanni Brantini iddiaları təsdiqləyərək bunları deyib:

''Vinçentso İtalyano kimi bir məşqçinin və ''Beşiktaş'' kimi önəmli bir klubun maraq dairəsinə düşmək qürurvericidi. Onların marağını eşitdikdə həqiqətən sevindik. Ancaq reallıq belədi ki, hazırda Mirettinin gələcəyi ilə bağlı heç bir qərar verilməyib''.

Həm hücumameyilli, həm də müdafiəyəmeyilli yarımmüdafiəçi kimi oynamağı bacaran universal futbolçunun indiki dəyəri 15 milyon avrodu. ''Yuve''nin öz yetirməsi olan Miretti indiyə qədər Turin nəhəngindən başqa heç bir klubun şərəfini qorumayıb. İtaliyalı futbolçu ötən mövsüm iştirak etdiyi 31 rəsmi oyunda aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul