“İddialı klubların təklif etdiyi məvacibi orda çox az klub verə bilir” – Sirrin üstü açıldı

26.06.2022 18:36 444
Ölkə futbolu / Günün xəbəri
Deyəsən, üzümüzə gələn gələn mövsüm premyer-liqada “İsrail ili” elan olunub.

Niyə belə düşünürük? Çünki, bu yay ölkənin aparıcı klubları daha çox yaxın şərq ölkəsinin çempionatında çıxış edən futbolçuları “rəngərinə bağlamaqla” yadda qalıblar. “Qarabağ”ın Tel-Əviv “Hapoel”indən Marko Yankoviçi, “Neftçi”nin “Aşdod”dan Ataa Caberi, Hayfa “Makkabi”sindəndən Qodsvey Donyonunu, Səbail”ilin NofHaQalil “Hapoel”indən Luvaqa Kizitonu sıralarına qatması dediklərimizə sübutdu. “Transfer pəncərəsi”nin bağlanmasına xeyli müddət qaldığını nəzərə alsaq, ola bilsin İsarail çempionatında çıxış etmiş daha bir neçə oyunçunun Azərbaycana gəlişinə şahidlik edəcəyik. Çox maraqlıdı ki, ötən ilin bu vaxtı klublar daha çox Portuqaliyanın ikinci dəstəsindən oyunçu dəvət edirdilərsə, indi coğrafiya dəyişib.
Bəs bu dəyişikliyi əsaslandıran səbəblər nədi? Niyə Avropa, qonşu ölkələrdən yox, klublarımız məhz İsraildən futbolçu gətirməyə meyl edirlər? Bəlkə bu transferlər maddi planda sərfəlidi, bəlkə İsrail çempionatında çıxış etmiş futbolçuların səviyyəsi daha yüksəkdi, bəlkə də bizim bilmədiyimiz başqa səbəblər var?

Bu sualllara cavab tapmaq üçün menecer Vaqif Heydərlinin fikirlərini öyrənməyi lazım bildik. Tanınmış agent “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:

“İsrail liqası daim skautların, istər Asiya, istərsə də Avropa klublarının diqqətində olub. Sözün düzü, maddi planda da heç də zəif hesab olunmur. Ancaq bizim iddialı klubların təklif etdiyi məvacibi orda çox az klub verə bilir. Bu üzdən heç də aparıcı hesab olunmayan klublardan səviyyəsinə görə seçilən oyunçuları Azərbaycana dəvət etmək mümkün olur. Son vaxtlar klublarımızın İsrail çempionatında çıxış edən futbolçularla maraqlanmasının, onların transferininin kökündə məhz maliyyə amili durur”.


RƏŞAD