Misli premyer-liqasının 2-ci turunun oyun cədvəli məlum olub.
"Football-plus az" xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçlar avqustun 22 və 23-də keçiriləcək.
Ökəmizi müvafiq olaraq Çempionlar Liqasında və Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ”ın rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” - “Sumqayıt” və “Qarabağ” - “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.