Millimiz Moldovaya qarşı oynayacaq

23.07.2024 23:59 318
Yığma
23-28 iyul Albaniyanın Elbasan şəhərində 18 yaşlı oğlanlar arasında basketbol üzrə Avropa çempionatı C divizionun oyunları keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz Moldova və Ermənistan yığmalarına qarşı mübarizə aparacaq. Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu 24 iyul Bakı vaxtı ilə saat 18:00-da Moldova yığmasına qarşı olacaq. Millimiz qrupda sonuncu oyununu isə 25 iyul saat 18:00-da Ermənistan seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA-nın rəsmi "youtube" hesabından da canlı yayımlanacaq.