"Qarabağ" bu gün Avstriyada iki oyun keçirəcək

1.07.2026 12:58 14
Ölkə futbolu
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün daha iki yoxlama oyunu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Ukraynanın premyer-liqa təmsilçisi "Metallist 1925" (Xarkov) ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Qurban Qurbanovun komandası 2-ci matçda "Ferentsvaroş"la qarşılaşacaq. Macarıstan klubu ilə görüş saat 19.30-da start götürəcək.

Bu iki yoxlama oyunu ilə "Qarabağ" Avstriya toplanışını başa vuracaq.

Xatırladaq ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda yerli "Tirol"a 4 cavabsız qolla qalib gəlib.