• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cənubi Afrika gücünü “Mamelodi Sandauns”dan alır

Dünya futbolu

29-01-2024, 22:0

Afrika Millətlər Kubokunda (AMK) uğurlu çıxış edən komandaların sırasında Cənubi Afrika da var.

"Football-plus.az" xəbər verir ki, Uqo Broosun çalışdırdığı yığma qrup mərhələsində keçirdiyi 3 oyunda 4 xal qazanmaqla pley-offa adlayıb. Bu uğurda əsas amillərdən biri, bəlkə də birincisi yerli klublardan biri ilə bağlıdı. Necə?

E qrupunda yarışan yığmanın Mali ilə ilk matçdakı (0:2) start heyətində “Mamelodi Sandauns”un 7 oyunçusu oynadı. Namibiya ilə növbəti oyunda (4:0) onların sayı 8-ə çatdı. “Tunis”ə qarşı son matçda (0:0) da bu klubun 8 üzvü ilk dəqiqələrdən oynamaq imkanı qazandı. Yığmanın qrupda vurduğu 4 qoldan 3-ü məhz “Mamelodi Sandauns”luların payına düşür. Komandanın arxa xəttinin qapıçı Ronuen Uilyams başda olmaqla tamamilə bu klubun üzvlərindən qurulduğunu da qeyd edək. Ortaya təbii sual çıxır: yığmanın əsasını nə üçün ölkənin digər aparıcı klubları “Kayzer Çifs” və ya “Orlando Payrets” yox, məhz “Mamelodi Sandauns”un oyunçuları təşkil edir?

“Mamelodi Sandauns” 10 ildi ölkədə ağalıq edir
Əvvəlcə Broosun Cənubi Afrika yığmasına 2021-ci ildən bələd olduğunu qeyd edək. Bu komandaya ilk dəfə həmin ilin mayında təyinat alan 71 yaşlı mütəxəssis baş məşqçi vəzifəsini iyula qədər müvəqqəti yerinə yetirib. Avqustda isə daimi əsasda çalışmağa başlayıb və 2022-ci ilin iyulunadək işbaşında olub. Həmin ayda postunu tərk edən belçikalı sentyabrda əvvəlki postuna qayıdıb. Broosun 2017-ci ildə Kamerun yığmasını AMK-da qələbəyə daşıdığını xüsusi vurğulamalıyıq. Əlbəttə, onun hazırkı komandası ilə bu uğuru təkrarlamaq ehtimalı azdı. Əsas səbəb Cənubi Afrikanın qitə birinciliyində sonuncu dəfə 1996-cı ildə çempion olması ilə bağlıdı. Hazırkı heyət, demək olar ki, başdan ayağa qədər yerli çempionatda çıxış edən futbolçulardan qurulub. Broosun sərəncamında legioner həyatı yaşayan yalnız üç oyunçu var ki, onlar da dünya miqyasında aparıcı sayılmayan klublarda çıxış edirlər.
Amma indi ölkədə milli komandaya bəslənən ümidlər kifayət qədər böyükdü. Nikbinliyə yol açan əsas səbəb isə yığmanın əsas heyətinin böyük ölçüdə bir klubun üzvlərindən qurulması ilə bağlıdı. Bu isə futbolda az-çox uğurlu nəticəyə şərait yaradan amillərdən sayılır.

Vətənində RVDM, “Brügge”, “Muskron”, “Anderlext”, “Genk”, “Sulte Varegem”, “Oostende”, Yunanıstanda “Panserraikos”, Türkiyədə “Trabzonspor”, Əlcəzairdə isə “Kabiliyə” və “Hüseyn Dey” klublarını çalışdırmış Broosun “Mamelodi Sandauns”un oyunçularına üstünlük verməsi heç də əsassız deyil. Məlumunuz olsun ki, bu komanda son 6 mövsümdə çempion olub. Pretoriya şəhərinin təmsilçisi 16 çempionluqla ölkənin ən titullu klubudu. “Kayzer Çifs” 13 belə titulla ikinci yerdədi. “Sandauns”un son 10 mövsümdə 8 dəfə çempion olduğunu da bildirək. Hazırda 37 yaşlı Rulane Mokvenanın başçılıq etdiyi komanda çempionatda 13 oyuna 35 xalla liderdi. Özü də əsas izləyiciləri “Keyp Taun Siti” ilə “SuperSport Yunayted”i 3 oyun az keçirməklə 6 xal qabaqlayır! Maraq üçün “Sandauns”un 2012-ci ildə ölkə kubokunun oyununda rəqibini 24:0 (!) hesabıyla darmadağın etməklə milli rekord müəyyən etdiyini də bildirək.

“Transfermarkt” portalının dəyərləndirməsinə əsasən, paytaxt təmsilçisi ölkənin ən bahalı heyətinə malik komandasıdı: oyunçularının ümumi qiyməti 31,6 milyon avro olan “Mamelodi Sandauns”dan sonrakı yerləri “Orlando Payrets” (təxminən 20 milyon) və “Kayzer Çifs” (təxminən 17 milyon) tuturlar. Ölkə nəhənginin böyük maliyyə imkanları Patris Motsepe ilə bağlıdı. Klubun qızıl və digər dəyərli metalların istehsalı ilə məşğul olan sahibinin varidatı 3,1 milyard dollara bərabərdi. O, bu sərvəti ilə Afrikanın ən zəngin adamlarının ilk “10-luğ”una daxildi. Hə, onu da qeyd edək ki, bacılarından biri Cənubi Afrikanın prezidenti Siril Ramafosun, digəri isə sabiq nazir Ceff Radebenin (o, Nazirlər Kabinetində hamıdan çox – 1994-2019-cu illərdə işləyib) xanımıdı.

Motsepeyə İnfantino da dəstək verir
Motsepenin Canni İnfantinonun yaxın dostu olduğunu da deməliyik. FİFA-nın prezidenti 2021-ci ildə ona fəal şəkildə dəstək verib. Nəticədə Motsepe Afrika Futbol Konfederasiyasının prezidenti seçilib. Xatırladaq ki, onun belə yüksək kürsüyə yiyələnməsi digər namizədlərin seçki ərəfəsində bir-bir geri çəkilməsinə görə mümkün olub. Bir də baxıb görüb ki, ətrafında heç bir rəqib qalmayıb və rəqabətsiz şəraitdə regionun ali futbol qurumunun başına keçib.

İnfantino ilə Motsepe 2023-cü ildə Afrika Superliqasını təsis ediblər. İlk mövsümün qalibi isə “Mamelodi Sandauns” olub. Ancaq Çempionlar Liqasında son illər komandanın işləri çox da əla alınmır. Cənubi afrikalılar bu turnirdə 2016-cı ildə qazandığı qələbədən sonra mübarizəni bir qayda olaraq 1/4 finalda və yarımfinalda dayandırırlar.

Əvəzində qadınlardan ibarət “Mamelodi Sandauns” son üç ildə qitənin ən güclü klubu adını qazanıb. Bu uğurlardan təsirlənən “Netflix” şirkəti komanda haqda sənədli filmin çəkilişnə başlayıb. Kişi və qadın komandalarının azarkeşləri “Sandauns”un yerli publikada “Shoe Shine & Piano” adı verilən unikal hücum üslubu ilə fəxr edirlər. Bu, sürətli və qısa ötürmələrdən qurulan kombinasiyalardan ibarət olan “tiki-taka” oyun üslubunun Cənubi Afrika versiyasıdı. Klubda bu üslub akademiyada da təbliğ olunur.

Maraqlıdı, Cənubi Afrika yığması “Mamelodi Sandauns”un böyük dəstəyi ilə qitə çempionatında nə qədər irəliləyəcək?

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-01-2024, 13:0

Uğursuzluğa görə istefaya göndərildi

Premyer-liqa

17-08-2022, 19:0

"Turan Tovuz"dan növbəti transfer

Maraqlı

16-01-2024, 11:0

Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA

İdman

18-10-2023, 15:0

AMK-2024-ün püşkü atıldı

Dünya futbolu

24-10-2022, 17:0

Afrika kubokunu qazandı

Aktual
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
“Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
“Əsas məqsədi legioner həyatı yaşamaqdı” – Şahin Diniyevdən Coşqun haqda açıqlama
“Şamaxı” azarkeşləri narahat olmasın” – 18 ayrılıqdan sonra cəmi 5 transfer edilməsinə reaksiya
Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”
Son xəbərlər
  • Bu gün, 18:55
    “Qarabağ”ın oyununa bilet satışı müvəqqəti dayandırıldı
  • Bu gün, 18:25
    "Qarabağ" - "Vestri" matçına bilet almayan qaldı?
  • Bu gün, 17:54
    Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
  • Bu gün, 17:41
    “Araz-Naxçıvan”da yeni məşqçi təyinatı
  • Bu gün, 17:25
    “Qarabağ”dan növbəti transfer
  • Bu gün, 16:15
    Yeni klubu Kevin Medinanı təqdim etdi
  • Bu gün, 15:46
    “Kəpəz”ə yeni rəhbər seçildi
  • Bu gün, 15:22
    Cavid Hüseynovun köməkçiləri müəyyənləşdi
  • Bu gün, 14:51
    Amaniyaya qayıtdı
  • Bu gün, 14:20
    ''Beşiktaş'' ilk transferini rəsmiləşdirdi
  • Bu gün, 13:59
    AÇ-nin kubokunun Bakıda təqdimat mərasimi keçiriləcək
  • Bu gün, 13:38
    ''Beşiktaş'' yayın ilk yoxlama oyununda qalib gəldi
  • Bu gün, 13:17
    "Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
  • Bu gün, 12:59
    "Şəfa" yeni mövsüm üçün hazırlığa başladı
  • Bu gün, 12:25
    Türkiyəli futbolçu Şimali Makedoniya yığmasında oynayacaq
  • Bu gün, 11:54
    Portuqaliya İspaniyaya rəqib oldu - FİFA sayılmayan qol ilə bağlı açıqlama verdi
  • Bu gün, 11:23
    Emil daha iki il "Sumqayıt"da
  • Bu gün, 10:52
    Axırıncı dəfə olsun, Elvin!
  • Bu gün, 10:31
    Millimiz Lüksemburqa qalib gəldi
  • Bu gün, 10:00
    Sinner narazıdı, amma əvvəlki qədər yox - “Düşünürəm ki, indiyə qədər yetərincə danışmışıq”
  • Bu gün, 08:10
    Ronaldonun Portuqaliyanı 1/8 finalda - DÇ səhəri
  • Bu gün, 01:00
    İspaniya darmadağınla 1/8 finalda - DÇ gecəsi
  • Dünən, 23:53
    "Daha fərqli, sürətli və hərəkətli komanda görəcəyik" - Yuri Vernidub
  • Dünən, 23:10
    "Neftçi" ilk yoxlama oyununda uduzdu
  • Dünən, 22:59
    Verniduba ötürmə...
  • Dünən, 22:28
    ''Fənərbaxça''nın sabiq forvardı ''Qalatasaray''a keçir
  • Dünən, 21:57
    "Qarabağ" - "Vestri" matçının biletləri satışa çıxır
  • Dünən, 21:20
    Fərid Namazov yenidən "İmişli"də
  • Dünən, 20:55
    Andrade qol vurdu, "Sabah" böyük hesabla uduzdu
  • Dünən, 20:24
    İkardinin menecerindən növbəti qəribə açıqlama: ''Gözləyib görəcəyik''
  • Dünən, 19:53
    Rassell mövsümdə ikinci dəfə hamını qabaqladı
  • Dünən, 19:16
    Oveçkin gedir, yoxsa qalır?
  • Dünən, 18:45
    “Təəssüfləndiyim oyunçulardan biri Medinadı”
  • Dünən, 18:14
    “Xankəndi” üç futbolçusu ilə yollarını ayırdı
  • Dünən, 17:55
    Adında “şir” ola, özün isə hamıdan qorxasan… - DÇ-nin TƏƏSSÜRATI
Daha çox
Oxunub: 314
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 246
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 237
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 234
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Oxunub: 183
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə