Avstraliyalı atlet Cessika Hall Brilyant liqanın Monakoda keçirilən mərhələsində 2000 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyib.
O, həmin məsafəni 5 dəqiqə 19,70 saniyəyə qaçıb. 27 yaşlı avstraliyalı yüngül atletikanın tarixinə bu məsafəni 5 dəqiqə 20 saniyəyə qaça bilən ilk qadın kimi düşüb. Hallın Tokio Olimpiadasının iştirakçısı olduğunu da xatırladaq.
Yaponiyanın paytaxtında 1,5 km məsafəyə qaçışda 11-ci yeri tutmuşdu. 2000 metrə qaçışda qadınlar arasında əvvəlki rekordu (5.21,56) 2021-ci il sentyabrın 14-də Burundidən olan atlet Fransina Niyonsaba müəyyənləşdirmişdi.