Qızlardan ibarət millimiz İnkişaf Turnirində çıxış edəcək

6.05.2026 10:31 58
Ölkə futbolu
Bu gün 16 yaşadək qızlardan ibarət millimiz Bakıda təşkil olunan İnkişaf Turnirində ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, millimiz Litvanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17.00-da başlanacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.