"Neftçi" uduzdu, "Ordu" finalda

14.04.2026 22:25 18
İdman
Kişi voleybolçular arasında yüksək liqada finalçılar müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, günün ikinci oyununda “Neftçi” və “Ordu” münasibətlərə aydınlıq gətiriblər.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma “Ordu”nun 3:2 hesablı üstünlüyü ilə bitib və komanda finala adlayıb.

İlk matçda “Ordu” 3:0 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, “Ordu” finalda “Xilasedici” ilə qarşılaşacaq.