"Quba"nın futbolçusu mükafatlandırıldı

1.03.2026 21:54 27
Ölkə futbolu
2-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində "Quba"nın üzvü Ramin Məhərrəmov mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 16-cı turun "Quba" - “Kür-Araz” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.