İngiltərə premyer-liqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, bu nominasiyanın qalibi “Brentford”un hücumçusu İqor Tyaqo olub. O, Yasin Ayari (Brayton), Patrik Dorqu (Mançester Yunayted), Entso Fernandes (Çelsi), Eli Junior Krupi (Bornmut), Krisensio Sammervill (Vest Hem), Harri Uilson (Fulhem) və Florian Virtsi (Liverpul) qabaqlayıb.
İlk dəfə ayın ən yaxşı oyunçusu seçilən 24 yaşlı hücumçu yanvar ayında premyer-liqada 5 qol vurub.