“Fənərbaxça” liderliyi ələ keçirdi

7.02.2026 17:00 13
İdman
Basketbol üzrə Avroliqada 25-ci turun oyunları keçirildi.

Hesabat turu Türkiyə derbisi ilə əlamətdar oldu. “Efes” üzərində inamlı qələbə qazanan “Fənərbaxça” zirvəyə yüksəldi. Düzdü, “Real”, “Valensiya” və “Barselona” da 41 xal toplayıb. Ancaq İspaniya klublarından fərqli “sarı-lacivərlilər”in ehtiyatda bir oyunu da var.

Paris (Fransa) – Real (İspaniya) 98:92 (24:18, 26:24, 25:24, 23:26)
Fənərbaxça (Türkiyə) – Efes (Türkiyə) 79:62 (25:8, 14:17, 22:14, 18:23)
Hapoel T-Ə (İsrail) – Bavariya (Almaniya) 64:79 (26:23, 13:20, 11:18, 14:18)
Olimpiakos (Yunanıstan) – Barselona (İspaniya) 87:75 (27:13, 19:24, 13:27, 28:11)
Milan (İtaliya) – Partizan (Serbiya) 85:79 (25:22, 27:21, 17:14, 16:22)
Valensiya (İspaniya) – Makkabi T-Ə (İsrail) 94:83 (21:27, 23:23, 22:18, 28:15)
Monako (Fransa) – Virtus B (İtaliya) 82:84 (30:22, 21:22, 14:18, 17:22)
Srvena Zvezda (Serbiya) – Dubay (BƏƏ) 95:92 (34:14, 10:27, 24:20, 27:31)
ASVEL (Fransa) – Panatinaikos (Yunanıstan) 78:79 (17:15, 12:20, 17:20, 32:24)
Baskoniya (İspaniya) – Jalgiris (Litva) 102:91 (19:23, 27:22, 29:26, 27:20)

Xal durumu: Fənərbaxça, Real, Valensiya, Barselona – 41, Olimpiakos, Hapoel T-Ə, Monako, Panatinaikos, Srvena Zvezda – 40, Jalgiris - 39, Virtus B, Milan – 37, Dubay - 36, Makkabi T-Ə, Bavariya – 35, Baskoniya – 34, Partizan – 33, Paris – 32, Efes, ASVEL – 31.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul